Hüquqi məsələlərlə bağlı bizimlə əlaqə saxlayın

Ailə və mülki işlərdə peşəkar hüquqi yardım.

Konsultasiya əldə et

Haqqımda

2009-cu ildən başlayaraq mülki mübahisələr, ailə hüququ, əmək mübahisələri üzrə vətəndaşlara və sahibkarlara hüquqi yardım göstərirəm.

Hüquqşünasdan fərqli olaraq vəkil imtahandan uğurla keçərək vəkil statusunu əldə edib. Vəkil göstərdiyi hüquqi xidmətin keyfiyyətinə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası qarşısında məsuliyyət daşıyır. Əgər Sizin üçün peşəkarlıq vacibdirsə, o halda mənə müraciət edə bilərsiniz.

Xidmətlər

Vəkil fəaliyyətinin əsas prinsipi Azərbaycan Respublikasında fiziki və hüququ şəxslərə yüksək keyfiyyətli hüquqi yardım göstərməkdir. Mənə müraciət etməklə qarşınıza çıxan hüquqi xarakterli sualların peşəkarlıqla həll olunacağına əmin ola bilərsiniz.

Xidmətlər

Müqavilələrdən irəli gələn mübahisələr

Qarşı tərəf müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədikdə pozulmuş hüquqlarınızın bərpa edilməsi məhkəmə qaydasında baş verir.

Ailə və nikah məsələləri üzrə mübahisələr

Ər və arvad arasında ailə münasibətləri ilə bağlı olan məhkəmə mübahisələridir, o cümlədən nikahın pozulması, əmlak bölgüsü, aliment, uşaqların yaşayış yerinin müəyyən edilməsi və ünsiyyət qaydasının müəyyən edilməsi.

Əmək mübahisələri

Həm işçilər, həm də işəgötürənlər üçün əmək qanunvericiliyi ilə yaranmış sualların həll olunması üçün təcrübəli vəkilə müraciət etməyiniz tövsiyə olunur. Vəkil pozulmuş əmək hüquqlarının bərpa olunmasında yardım göstərə, məhkəmədə Sizi təmsil edə bilər.

Kommersiya mübahisələri

Sahibkarların kommersiya məhkəmələrində qanuni maraqlarının effektiv müdafiəsi. Vurula biləcək zərərin və risklərin mümkün qədər azaldılması.

Bloqlar