Hüquqi məsələlərlə bağlı bizimlə əlaqə saxlayın

Ailə və mülki işlərdə peşəkar hüquqi yardım.

Konsultasiya əldə et

Haqqımda

2009-cu ildən başlayaraq mülki mübahisələr, ailə hüququ, əmək mübahisələri üzrə vətəndaşlara və sahibkarlara hüquqi yardım göstərirəm.

Hüquqşünasdan fərqli olaraq vəkil imtahandan uğurla keçərək vəkil statusunu əldə edib. Vəkil göstərdiyi hüquqi xidmətin keyfiyyətinə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası qarşısında məsuliyyət daşıyır. Əgər Sizin üçün peşəkarlıq vacibdirsə, o halda mənə müraciət edə bilərsiniz.

Fərrux Hüseynov

Niyə mənə müraciət etməlisiniz?

01

Peşəkarlıq

Vəkil peşəkar hüquqşünas olaraq, səviyyəsini daima təkmilləşdirir. Çünki qanunlar mütəmadi olaraq dəyişir. Vəkil isə yüksək keyfiyyətli hüquqi yardım göstərməyə borcludur.

02

Məxfilik

Təqdim olunan məlumatların təhlükəsizliyinə inam olmadığı təqdirdə, müraciət edən şəxs vəkilə etibar edə bilməz. Məlumatların məxfiliyinə zəmanət verilir və vəkil sirri qorunur.

03

Məsuliyyət

Müraciət edən şəxs vəkilin peşəkarlığına arxalanaraq probleminin həllini ona etibar edir. Bu məsuliyyət vəkili ən yaxşı həll yollarını axtarmağa vadar edir.

04

Empatiya

Problemin həll yolunu tapmaq və problemə olan düzgün baxışı formalaşdırmaq üçün, vəkil özünü müraciət edən şəxsin yerinə qoymalıdır. Vəkillik fəaliyyətində empatiya mühüm amildir.

1000+

Müştəri məsləhətləri

15+ il

Təcrübə

100%

Razı qalan müştərilər

Xidmət Sahələri

Court disputes​

Məhkəmə mübahisələri

Məhkəmə mübahisələri dedikdə, tərəflər arasında yaranmış münaqişənin məhkəməyə müraciət etməklə həll etmək üsulu nəzərdə tutulur. İstənilən fiziki və ya hüquqi şəxsin pozulmuş hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini tələb etmək üçün məhkəməyə müraciət etmək hüququ vardır.

Ətraflı arrow right
Contract law​

Müqavilə hüququ

Müqavilələr həyatımızın bütün sahələrində mövcuddur. Lakin müqavilələr heç də həmişə tam olaraq icra olunmur. Bəzən müqavilənin məzmunu..

Ətraflı arrow right
labour Law​

Əmək hüququ

Həm işçilər həm də işəgötürənlər üçün əmək qanunvericiliyi ilə yaranmış sualların həll olunması üçün təcrübəli vəkilə müraciət etməyiniz tövsiyə olunur.

Ətraflı arrow right

Vəkilin qonorarı necə müəyyən edilir?

Qonorarın məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında müəyyən edilir. Müqavilədə qonorarla yanaşı vəkilin vəzifələri, onun məsuliyyəti barədə şərtlər öz əksini tapır.