Ailə və mülki işlərdə peşəkar hüquqi yardım.
Konsultasiya əldə etMüqavilələr həyatımızın bütün sahələrində mövcuddur. Lakin müqavilələr heç də həmişə tam olaraq icra olunmur. Bəzən müqavilənin məzmunu nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə görə lazımi məsuliyyət müəyyən etmir. Nəticədə Siz qarşı tərəfdən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb edə bilmirsiz.
Düzgün qaydada bağlanmamış müqavilə Sizi ziyana sala bilər. Müqavilənin qanunvericiliklə müəyyən edilmiş formasına əməl edilməməsi və ya bütün vacib şərtlərin müəyyən edilməməsi, bağlanmış müqavilənin etibarsızlığına gətirib çıxara bilər. Nəticədə, qarşı tərəfə ödəyiniz pulu geri ala bilməyəcəksiniz.
Təcrübəli vəkil Sizə müqavilənin bağlanması zamanı mümkün risklərdən sığortalanmağa kömək edəcək.
Müqavilənin bağlanması dedikdə, tərəflərin müqavilənin şərtləri ilə bağlı razılaşması nəzərdə tutulur. Vəkilin vəzifəsi müqavilə bağlamazdan əvvəl onun şərtlərini tam və hərtərəfli şəkildə hazırlamaqdır. Hərtərəfli düşünülməmiş müqavilənin bağlanması böyük zərərə səbəb ola bilər: müqavilənin etibarsız sayılması; qarşı tərəfdən öhdəliklərin yerinə yetirilməsini tələb etməyin mümkün olmaması; pozulmuş hüquqlarınızın bərpa edilməsi üçün məhkəməyə müraciət etmək imkanının olmaması.
Müqavilədə onun predmeti, tərəflərin hüquq və vəzifələri, mübahisələrin həlli üsulları, məhkəmə aidiyyatı, öhdəliklər yerinə yetirilmədikdə tərəflərin məsuliyyəti mütləq şəkildə öz əksini tapmalıdır. Müqavilənin predmeti göstərilmədikdə, müqavilə bağlanmış hesab edilə bilməz.
Əgər Siz vəkili cəlb etmədən müqavilə bağlayırsınızsa, yalnız qarşı tərəfin maraqlarını nəzərə alan bir sənədi imzalamaq riski ilə üzləşirsiniz. Formal olaraq müqavilə qanuna uyğun olacaq. Lakin onun şərtləri Sizin gözləntiləriniz ilə üst-üstə düşməyə bilər.
Müqavilədə onun bağlandığı tarix və yer, müqaviləni bağlayan şəxslər haqqında məlumatlar, onların imzaları və bank rekvizitləri qeyd olunmalıdır.
Konsultasiya zamanı Siz müqavilənin bağlanması zamanı nələrə diqqət etməli olduğunuzu öyrənə bilərsiniz.
Vəkil qarşı tərəflə müqavilənin şərtlərini müzakirə etməyə kömək edəcək və fikirlərin üst-üstə düşməməsi zamanı ortaq məxrəcə gəlməyə yardım edəcək.
Əgər qarşı tərəfin hazırladığı müqaviləni imzalamaq niyyətiniz varsa, hər ehtimala qarşı müqavilənin şərtlərini vəkil ilə müzakirə edin.
Mürəkkəb və qarışıq şərtləri olan bir müqaviləni imzalamaq fikriniz varsa, müqavilənin hazırlanmasında vəkilə müraciət edə bilərsiniz.