Hüquqi məsələlərlə bağlı bizimlə əlaqə saxlayın

Ailə və mülki işlərdə peşəkar hüquqi yardım.

Konsultasiya əldə et

Məhkəmə işində mümkün olan problemlər

Kommersiya mübahisələri

Sahibkarların kommersiya məhkəmələrində qanuni maraqlarının effektiv müdafiəsi. Vurula biləcək zərərin və risklərin mümkün qədər azaldılması.

Müqavilələrdən irəli gələn mübahisələr

Qarşı tərəf müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədikdə pozulmuş hüquqlarınızın bərpa edilməsi məhkəmə qaydasında baş verir.

Ailə və nikah məsələləri üzrə mübahisələr

Ər və arvad arasında ailə münasibətləri ilə bağlı olan məhkəmə mübahisələridir, o cümlədən nikahın pozulması, əmlak bölgüsü, aliment, uşaqların yaşayış yerinin müəyyən edilməsi və ünsiyyət qaydasının müəyyən edilməsi.

Ailə və nikah məsələləri üzrə mübahisələr

Nikahın pozulması

Nikah dövründə əldə olunan əmlakın bölünməsi

Nikahın pozulması zamanı uşaqların kimin himayəsində qalması

Nikah pozulduqdan sonra uşaqla birgə xaricə səfər üçün icazə

Əcnəbi vətəndaş ilə nikahın pozulması

Nikahın pozulması

Boşanma hər iki tərəf arasında mövcud olan hüquqi münasibətlərə təsir edən mürəkkəb bir prosedurdur. Vəkil onu sadələşdirməyə kömək edə bilər. Peşəkar vəkil ər-arvad arasındakı yaranmış münaqişəni müraciət edən şəxs üçün daha az emosional və az maddi ziyanla həll edəcək.

Ailə münasibətləri başa çatdıqda, birgə əldə edilmiş əmlakın bölünməsi və uşağın kimin himayəsində qalması ilə bağlı suallar yaranır. Əgər ər-arvad yaranmış problemləri özləri həll edə bilmirlərsə, vəkil aşağıdakıları edə bilər:

- işin hər mərhələsində müraciət edən şəxsə məsləhət vermək;
- düzgün taktika müəyyən etməyə kömək etmək;
- məhkəmədə və/və ya məhkəməyə qədər mərhələdə müraciət edən şəxsin maraqlarını təmsil etmək;

Bu cür işlərdə təkcə dərin hüquqi biliklər deyil, həm də bu cür mürəkkəb vəziyyətlərin həlli təcrübəsi və hətta psixoloq bacarıqları lazımdır. Yüzlərlə məhkəmə prosseslərində iştirak etmiş vəkil, ona müraciət edən şəxslərin arzuladığı nəticələri əldə etmişdir.

Nikah dövründə əldə olunan əmlakın bölünməsi

Nikahın pozulması zamanı az saylı cütlüklər münaqişəni sülh yolu ilə həll edə bilər. Qalan çoxsaylı hallarda tərəflər boşanma və əmlak bölgüsü üçün peşəkar vəkilinin köməyinə ehtiyac duyurlar. Boşanma zamanı təkcə daşınmaz əmlak deyil, həm də nikah dövründə əldə edilmiş digər əmlaklar bölünə bilər: avtomobillər, pul vəsaitləri, maliyyə öhdəlikləri, biznesdəki paylar və s. Vəkil sizə yaranmış münaqişənin incəliklərini başa düşməyə, problemin xüsusiyyətlərini nəzərə alaraq tərəflərin faktiki hüquqlarını müəyyənləşdirməyə və bu hüquqları müdafiə etməyə kömək edəcəkdir:

hüquqi sənədləri başa düşməyə kömək edəcək;

iddia ərizəsini tərtib edəcək;

Sizin hüquqlarınızı müdafiə edəcək və sizi məhkəmədə təmsil edəcək.

Nikahın pozulması zamanı uşaqların kimin himayəsində qalması

Nikahın pozulması prosesi insanın həyatının bütün sahələrinə təsir göstərir. Belə hallarda ən çətin prosedur azyaşlı uşaqların kimin himayəsində qalmasının müəyyən edilməsi məsələsidir. Uşağın hüquq və mənafelərinin müdafiəsini peşəkar vəkilə həvalə etmək yaxşıdır. Vəkil məhkəmənin qərarının ədalətli olmasını təmin edəcək.

Valideynlər arasında razılıq əldə olunmursa və ya onlar məsələni özləri həll edə bilmirsə, bu zaman vəkilə müraciət etməli olacaqlar. Növbəti proseslər məhkəmədə aparılacaq. Vəkil sənədlər paketini hazırlamağa, iddia ərizəsini tərtib etməyə və ya artıq mövcud olan qərardan yuxarı instansiyaya şikayət etməyə kömək edəcəkdir. Bəzən məhkəmə prosesi zamanı valideynlər arasında razılıq əldə oluna bilər. Bu halda, məhkəmə tərəfindən təsdiqlənəcək barışıq sazişi imzalanır.

Nikah pozulduqdan sonra uşaqla birgə xaricə səfər üçün icazə

Nikahın pozulmasından sonra valideynlərdən biri digər valideynə uşaq ilə xaricə səfər etməsinə icazə verməyə bilər. Valideynlər arasında mürəkkəb münasibətlər uşağı istirahət etmək, təhsil almaq, müalicə olunmaq və s. kimi hüquqlarından məhrum edə bilər. Bu zaman, azyaşlının maraqlarının qorunması məqsədilə konsultasiya almaq üçün peşəkar vəkilə müraciət etməyiniz tövsiyə olunur. Konsultasiya zamanı Siz probleminizlə bağlı ailə qanunvericiliyində olan nüanslar barədə məlumatlandırılacaqsınız. Problemin məhkəmədə həll edilməsi üçün tez bir zamanda vəkil xidmətlərindən istifadə etməyinizi məsləhət görürük.

Əcnəbi vətəndaş ilə nikahın pozulması

Başqa ölkənin vətəndaşı olan həyat yoldaşı ilə boşanma proseduru bu sahədə zəruri bilik tələb edən xüsusiyyətlərə malik prosedurdur.

Xarici ölkənin vətəndaşının iştirakı və onun razılığı olmadan da boşanmaqla bağlı ərizə ilə məhkəməyə müraciət etmək olar. Bunun üçün tələb olunan sənədlər paketini toplamaq və məhkəməyə təqdim etmək lazımdır. Peşəkar vəkil bu cür məsələlərin həllində böyük təcrübəyə malikdir və məhkəmə prosesində Sizə tam hüquqi dəstək göstərməyə hazırdır.